4SİM və SABAH.HUB ölkədə Startap ekosisteminin inkişafına birgə dəstək göstərəcəklər

28 iyun 2024

Bakıda keçirilən “Baku ID” (Baku Investment Day) festivalı çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və SABAH.HUB İnnovasiya Mərkəzi arasında ölkədə rəqəmsal iqtisadiyyatın inkişafı çərçivəsində yerli startap ekosisteminin inkişafına dəstək göstərilməsi və bu sahədə əməkdaşlıqla bağlı Anlaşma Memorandumu imzalanıb.

 

Anlaşma memorandumunu 4SİM-in icraçı direktoru Fariz Cəfərov və SABAH.HUB-ın İcraçı direktoru Rəhim Bayramlı imzalayblar.

 

Memoranduma əsasən tərəflər ölkədə innovasiya ekosisteminin inkişafı, Süni İntellekt fokuslu beynəlxalq və yerli universitetlərlə ikili diplom proqramlarının təsis olunması, təcrübəli insan kapitalının ölkəyə cəlb olunması, tədqiqat və təlim proqramları sahəsində əməkdaşlıq edəcəklər.

 

Sənəd həmçinin rəqəmsal iqtisadiyyatın inkişafı çərçivəsində elm və sənaye klasterinin yaradılması üçün birgə səylərin davam etdirilməsi, habelə Dünya İqtisadi Forumunun (DİF) “Qlobal İnnovatorlar” icması ilə oxşar təcrübənin ölkəmizdə tətbiqi ilə bağlı əməkdaşlığı ehtiva edir. 4SİM və SABAH.HUB DİF-in “Unicorns” və “Technology Pioneers” icmaları ilə əməkdaşlıq edərək Azərbaycan startaplarının həmin icmalara üzvlüyünə dəstək olacaq.

DİGƏR XƏBƏRLƏR

4SİM və ESRI 300 tələbəyə GIS bacarıqlarını inkişaf etdirməyə imkan yaradır

XƏBƏRƏ BAXIN

Süni intellektin iqlim dəyişikliyi ilə mübarizədə rolu müzakirə edilib

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb