“Baku ID” festivalında "Emissiyaların azaldılması üçün startapların artan rolu" paneli baş tutub

30 iyun 2024

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin tərəfdaşı olduğu Bakı İnvestisiya Günü (Baku ID) tədbirinin ikinci günü “Emissiyanın sıfıra enməsində startapların artan rolu” paneli baş tutub.

 

4SİM-in icraçı direktoru Fariz Cəfərov paneldə spiker qismində çıxış edib. O, dördüncü sənaye inqilabı texnologiyalarının tətbiqi yolu ilə sənayedə səmərəlilyə nail olunması və emissiyaların azaldılması imkanları barədə danışıb. 4SİM-in icra etdiyi “4Sİ Akademiyası” layihəsi və onun ölkədə rəqəmsal bilik və bacarıqların inkişafında önəmi qeyd olunub.

 

Festival çərçivəsində iştirakçılar 4SİM stendinə yaxınlaşaraq “4Sİ Akademiyası”nın təklif etdiyi Coursera platformasında təklif olunan kurslardan ödənişsiz yararlanmaq üçün kuponlar qazanıblar.

DİGƏR XƏBƏRLƏR

“Baku ID” festivalı çərçivəsində “4Sİ Akademiyası - Milli Proqram” üzrə tərəfdaş qurumların nümayəndələri ilə görüş keçirilib

XƏBƏRƏ BAXIN

“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb

XƏBƏRƏ BAXIN

© 2026. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb