4SİM-də “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş baş tutub

03 iyul 2024

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Fərid İsayev və Əsəd Qurbanzadə ilə Mentorluq proqramı çərçivəsində görüşüb.


Görüşdə proqram çərçivəsində gənclərin gördüyü işlər barədə fikir mübadiləsi aparılıb. Daha sonra Fariz Cəfərov 4SİM-in fəaliyyəti, həyata keçirdiyi layihələr, Rəqəmsal iqtisadiyyatın inkişafı üzrə strategiya və Dünya İqtisadi Forumu ilə əməkdaşlıq barədə qaliblərə məlumat verib.


Yüksəliş qaliblərinin fərdi inkişafına və bilik və bacarıqlarının artırılmasına dəstək məqsədilə bu cür görüşlərin faydası qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

4SİM yerli müəssisələri SOCAR Karbamid Zavodunun texnoloji transformasiya təcrübəsi ilə tanış edib

XƏBƏRƏ BAXIN

Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq genişlənir

XƏBƏRƏ BAXIN

© 2026. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb