Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi rəqəmsal iqtisadiyyatın inkişafına dəstək çərçivəsində yaradılacaq "Yeni Nəsil Texnologiyalar Mərkəzi" layihəsi üçün məlumat sorğusu elan edir.
Layihənin məqsədi, Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi ilə Azərbaycanda innovasiyaların təşviqi, rəqəmsal bacarıqların inkişafı və sahibkarlıq subyektlərinə dəstək verməkdən ibarətdir.
Mərkəzdə qurulacaq nümayiş məqsədli istehsal xətti 4-cü sənaye inqilabı texnologiyalarının prosesdə tətbiqi ilə əldə olunan üstünlüklər ilə əyani şəkildə tanış olmaq imkanı yaradacaqdır. Layihə çərçivəsində istehsal prosesi simulyasiya ediləcək və bu yolla texnoloji transformasiya prosesi praktiki formada izah olunacaq.
Məlumat sorğusunun predmeti:
- Avadanlıq və istehsal xəttinin qurulması.
- Avadanlıqların və proqram təminatlarının inteqrasiyası.
- Rəqəmsal təşəbbüslər və proqram təminatı həlləri.
- Proqram təminatı həllərinin inteqrasiyası
Son tarix: Təkliflərin qəbulu üçün müəyyən edilmiş son tarix 23 sentyabr 2024-cü il.
Əlaqə məlumatı: Məlumat və təkliflərin təqdim edilməsi ilə bağlı və əlavə məlumat üçün : Kamil Piriyev (kamil.piriyev@4sim.gov.az)
Məlumat sorğusu ilə tam şəkildə Azərbaycan dilində və İngilis dilində buradan tanış ola bilərsiniz.