4SİM “Coursera Şəbəkə Konfransı 2024”-də iştirak edir

17 sentyabr 2024

Las Veqasda dünyanın ən nüfuzlu onlayn təhsil platforması olan “Coursera” şirikəti tərəfindən təşkil edilmiş “Coursera Şəbəkə Konfransı 2024” tədbiri başlayıb. 3 gün davam edəcək netvörkinq tədbirində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) rəhbərliyi də iştirak edir.

 

Tədbirin ilk günü “Coursera”nın Baş kontent direktoru Marni Baker Stein açılış nitqi ilə qonaqları salamlayıb. “TIME100 AI list” üzvü və ABŞ Prezidenti Co Bayden tərəfindən “ən qabaqcıl süni intellekt düşüncə lideri” adına layiq görülən Alondra Nelson “Gələcəyi necə idarə etməli” mövzusunda təqdimatla çıxış edib. O, süni intellektin şirkətlərdə, universitetlərdə və məktəblərdə tətbiqi və gənc nəslin rəqəmsal dünyanın gələcəyini necə formalaşdıracağı barədə danışıb.

 

Konfransda dünyanın müxtəlif ölkələrindən hökumət, biznes və akademik sektorun nümayəndələri iştirak edirlər. Geniş şəbəkələşmə imkanları ilə müşayiət olunan tədbir zamanı 4SİM-in icraçı direktoru Fariz Cəfərov Azərbaycanda onlayn təhsilin inkişafı, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və “Coursera” şirkəti ilə birgə icra olunan “#4Sİ Akademiyası” layihəsinin uğurları və milli təhsil təcrübəsi barədə məlumat verib. Tədbirdə həmçinin müxtəlif ölkələrin təcrübələri müzakirə olunub və qarşılıqlı fikir mübadilələri aparılıb.

DİGƏR XƏBƏRLƏR

ArcGIS layihəsinin tələbələrə təqdimatı keçirilib

XƏBƏRƏ BAXIN

DİF-in Texnologiya Pionerləri 2025 icmasına qoşulmaq üçün müraciətlər qəbul olunur

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb