4SİM-in icraçı direktoru “Coursera Şəbəkə Konfransında” çıxış edib

19 sentyabr 2024

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov, Las Veqasda təşkil olunan “Coursera Şəbəkə Konfransı”nın ikinci günü hökumət panelində çıxış edib.

 

"Çevik Təşkilatlar: Qeyri-sabit şəraitdə liderlik etmək" mövzusuna həsr olunmuş panel sessiyada Fariz Cəfərov 4SİM-in “Coursera” platforması ilə əməkdaşlığı çərçivəsində insan kapitalının inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Ölkədə təhsil sahəsində atılan addımlar, hökumətin və özəl sektorun, xüsusilə də həssas qruplar və iş axtaran insanların, bu proqramdan necə faydalandığı vurğulanıb.

 

Qeyd olunub ki, bu əməkdaşlıq, Azərbaycanın sürətlə dəyişən texnoloji mühitə uyğunlaşması üçün vacib addımlardan biridir. Azad olunmuş ərazilərdə geri qayıdan insanların məşğulluğunun təmin olunması innovativ təhsil proqramları ilə mümkündür. Bildirlib ki, “Coursera” ilə əməkdaşlıq çərçivəsində növbəti ildə 200 min vətəndaşın sənaye 4.0 sahəsində rəqəmsal bilik və bacarıqlara yiyələnməsi nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

4SİM və ESRI 300 tələbəyə GIS bacarıqlarını inkişaf etdirməyə imkan yaradır

XƏBƏRƏ BAXIN

Süni intellektin iqlim dəyişikliyi ilə mübarizədə rolu müzakirə edilib

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb