Dayanıqlı inkişaf liderlərinin görüşü keçirilib

14 noyabr 2024

Görüşdə enerji keçidi, təbii resursların idarə edilməsi və iqlim tədbirlərinin gücləndirilməsi sahələrində strateji əməkdaşlıq müzakirə olunub.

 

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Dünya İqtisadi Forumunun (DİF) 4-cü Sənaye İnqilabı Mərkəzləri şəbəkəsinin təşkilatçılığı ilə iqlim fəaliyyəti və dayanıqlı inkişaf sahəsində əməkdaşlığı təşviq etmək üçün yüksək səviyyəli liderlərin iştirakı ilə görüş təşkil olunub. Görüşdə 70-dən çox yerli və beynəlxalq şirkətlərin rəhbər şəxsləri və dövlət rəsmiləri iştirak edib.

 

Dünya İqtisadi Forumunun idarəedici direktoru və Təbiət və İqlim Mərkəzinin rəhbəri Cim Huay iştirakçıları salamlayaraq dayanıqlı gələcək və sıfır emissiya hədəflərinə çatmaq üçün liderliyin rolunu vurğulayıb.

 

DİF-in Təbiət və İqlim Mərkəzinin rəhbər şəxsləri və ekspertlərinin də qatıldığı görüşdə enerji keçidi, təbii resursların idarə edilməsi və iqlim tədbirlərinin gücləndirilməsi sahələrində strateji əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycan tərəfindən iqlim dəyişikliyi ilə mübarizədə ölkənin rolunun artırılması və emissiyaların azaldılması hədəflərinə nail olmaq üçün strateji təşəbbüslər qeyd olunub.

 

Tədbir çərçivəsində həmçinin “Ambisiyadan fəaliyyətə: İqlim həlləri və siyasəti üçün əməkdaşlıq” adlı sessiya baş tutub.  

 

Sonda “Sıfır emissiya, təbiət üçün müsbət və sosial ədalətli gələcəyə nail olmaq üçün miqyasını genişləndirməli olduğumuz innovativ tərəfdaşlıqlar və investisiyalar hansılardır?” mövzusunda müzakirələr aparılıb.

DİGƏR XƏBƏRLƏR

"Sənaye 4.0 və əmək bazarının gələcəyi" mövzusunda tədbir keçirilib

XƏBƏRƏ BAXIN

Uqanda Sənaye 4.0 Mərkəzinin nümayəndələri ilə görüş

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb