“Süni İntellektin təsiri: Texnoloji proqnozlaşdırma ilə rəqəmsal iqtisadiyyatda idarəetmənin yeni dövrü” adlı panel sessiyası keçirilib

18 noyabr 2024

Sessiyada süni intellektin iqtisadi proqnozlaşdırmada və rəqəmsal transformasiyada rolu, iqtisadi strateji qərar qəbuluna təsiri və siyasət aspektləri, habelə rəqəmsal iqtisadiyyatda etik və idarəetmə problemləri müzakirə olunub.

 

İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə COP29 çərçivəsində “Süni İntellektin təsiri: Texnoloji proqnozlaşdırma ilə rəqəmsal iqtisadiyyatda idarəetmənin yeni dövrü” adlı panel müzakirəsi keçirilib.

 

Panel müzakirəsində süni intellektin rəqəmsal iqtisadiyyatın inkişafında oynadığı əsas rol və texnoloji proqnozlaşdırmanın iqtisadiyyatların dayanıqlılığına təsiri müzakirə olunub. Spikerlər süni intellektin resursların optimallaşdırılması, iqtisadi böhranların proqnozlaşdırılması və sənayelərin yenidən qurulmasında göstərdiyi təsirə xüsusi diqqət ayırıblar.

 

“AKSA Enerji” şirkətinin İdarə Heyətinin üzvü İlkay Demirdağın moderatoru olduğu sessiyada 4SİM-in icraçı direktoru Fariz Cəfərov, Dünya İqtisadi Forumunun Qlobal Əməkdaşlıq Kəndi platformasının prezidenti Çieh Huanq, “Google” şirkətinin İnkişaf Mərkəzləri üzrə Hökumət Əlaqələri və İctimai Siyasət Meneceri Olqa Skoroxodova və İsrailin İnnovasiya İdarəsinin Beynəlxalq şöbəsinin vitse-prezidenti Şlomi Kofman spiker qismində çıxış ediblər.

 

Sessiyada həmçinin Süni İntellektin məsuliyyətli və dayanıqlı şəkildə inteqrasiyasını təmin etmək üçün zəruri olan çərçivələr müzakirə olunub.

DİGƏR XƏBƏRLƏR

"Sənaye 4.0 və əmək bazarının gələcəyi" mövzusunda tədbir keçirilib

XƏBƏRƏ BAXIN

Uqanda Sənaye 4.0 Mərkəzinin nümayəndələri ilə görüş

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb