Uqanda Sənaye 4.0 Mərkəzinin nümayəndələri ilə görüş

20 noyabr 2024

4SİM ilə Uqandanın Sənaye 4.0 Mərkəzi arasında əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.

 

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Uqanda Prezidentinin ofisinin Elm, texnologiya və innovasiya katibliyinin Sənaye 4.0 Mərkəzinin rəhbəri David Qonhasanın başçılıq etdiyi Uqanda nümayəndə heyəti ilə görüşüb.

 

Görüşdə rəqəmsal iqtisadiyyatın inkişafı çərçivəsində 4SİM-in həyata keçridiyi layihə və təşəbbüslər barədə qonaqlara məlumat verilib və Uqanda Sənaye 4.0 Mərkəzinin həyata keçirdiyi layihələr təqdim olunub. Qonaqlar Azərbaycan təcrübəsinə maraq göstəriblər.

DİGƏR XƏBƏRLƏR

"Sənaye 4.0 və əmək bazarının gələcəyi" mövzusunda tədbir keçirilib

XƏBƏRƏ BAXIN

“Süni İntellektin təsiri: Texnoloji proqnozlaşdırma ilə rəqəmsal iqtisadiyyatda idarəetmənin yeni dövrü” adlı panel sessiyası keçirilib

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb