DİF-in GovTech hesabatında Azərbaycan uğurlu nümunə kimi təqdim edilib

13 yanvar 2025

Dünya İqtisadi Forumu (DİF) tərəfindən ilk dəfə GovTech hesabatı dərc olunub. Sənəddə Azərbaycanın dövlət-özəl tərəfdaşlığı layihələri, iqtisadiyyatın rəqəmsallaşması istiqamətində əldə etdiyi uğurlar müsbət nümunə olaraq təsvir olunub.

 

Hesabatda qeyd olunur ki, dövlət-özəl tərəfdaşlığının inkişafı ölkədə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində effektiv nəticələr verir. Dövlət xidmətlərinin həyata keçirilməsində özəl sektor yaxından iştirak edir. GovTech texnologiyalarının iqtisadi dəyəri kimi bu təşəbbüslərin yerli İKT şirkətlərinin inkişafına və yeni iş yerlərinin yaradılmasına da müsbət təsir göstərəcəyi gözlənilir.

 

Sənəd hökumətlərin mütərəqqi texnologiyalardan istifadə etməklə dövlət xidmətlərinin yaxşılaşdırması, idarəetməni təkmilləşdirməsi və şəffaflığı təşviq etməsi üzrə fəaliyyətlərini araşdırmaqla müsbət təcrübələri bölüşüb. Sənəddə Azərbaycan, Bəhreyn, Braziliya, Almaniya, Ruanda, Malayziya və Ukraynanın bu istiqamətdə fəaliyyətlərinə, həmçinin uğurlu dövlət-özəl tərəfdaşlığı layihələrinə yer verilib.

 

Azərbaycanın elektron kənd təsərrüfatı, elektron məhkəmə, elektron viza, elektron satınalma, məlumat mübadiləsi sistemi kimi resurslarının vətəndaş və bizneslər üçün yaratdıqları imkanlardan söz açılıb.

 

“Govtech” hesabatında həmçinin Azərbaycanda dövlət xidmətlərinin vahid standartlar və innovativ yanaşmalarla göstərilməsini təmin edən "ASAN Xidmət" modeli və dövlət-özəl tərəfdaşlığı prinsipi ilə formalaşan rəqəmsal transformasiya layihələri haqqında məlumatlar qeyd olunub.

 

Hesabat üçün: https://www.weforum.org/publications/the-global-public-impact-of-govtech/ 

DİGƏR XƏBƏRLƏR

4SİM-də təcrübə keçən tələbə və könüllülərlə görüş keçirilib

XƏBƏRƏ BAXIN

ArcGIS layihəsinin tələbələrə təqdimatı keçirilib

XƏBƏRƏ BAXIN

© 2025. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb