4SİM-in töhfə verdiyi DİF-in “Süni intellektin enerji paradoksu” adlı hesabatı dərc olunub

22 yanvar 2025

Dünya İqtisadi Forumunun (DİF) “Süni İntellektin enerji paradoksu: çağırışların və imkanların balanslaşdırılması" adlı hesabat sənədi dərc olunmuşdur.

 

Sənəddə enerji istehlakında qənaətə yönəlik süni intellekt həllərinin sayının çoxalmasına baxmayaraq, bu texnologiyanın özünün tətbiqi çərçivəsində qlobal elektrik enerjisi istehlakının 2030-cu ilə qədər illik 50% artacağına diqqət çəkilib.  Hesabatda həmçinin 9 müxtəlif sektoru təmsil edən 40-dan çox təşkilatın qatqıları ilə süni intellektin (Sİ) tətbiqi ilə bağlı mövcud çağırışlar araşdırılıb.

 

Sənəd Forumun "Microsoft", "Google", "Open Aİ", "Meta" kimi qlobal texnologiya nəhənglərinin də daxil olduğu 600-dən çox maraqlı tərəfi bir yerə toplayan DİF-in Süni İntellekt İdarəetmə Alyansı və Enerji və Materiallar Mərkəzi ilə birgə hazırlanmışdır. 4SİM-in də üzv olduğu bu alyans qlobal səviyyədə süni intellektin tətbiqi və idarə olunması ilə bağlı məsələləri həll etməyə yönəlib.

 

Hesabatın “Effektiv ekosistem əməkdaşlığı: Tərəfdaşlıqlar, siyasət dəstəyi və qlobal uyğunlaşma” hissəsində DİF-in Enerji və Materiallar Mərkəzinin 4Sİ Azərbaycan Mərkəzi və digər tərəfdaşlarla birgə həyata keçirdiyi “Enerjidə süni intellekt həlləri” layihəsinə xüsusi diqqət ayrılıb. Burada Azərbaycanın enerji keçidi hədəflərinə uyğun olaraq, qlobal təcrübələrin yerli kontekstdə çoxtərəfli pilot layihələrə uyğunlaşdırılması istiqamətində görülən işlər vurğulanıb.

 

Hesabatın tam mətni ilə tanış olmaq üçün: https://www.weforum.org/publications/industries-in-the-intelligent-age-white-paper-series/energy/

DİGƏR XƏBƏRLƏR

Dünya İqtisadi Forumu: “Azərbaycan davamlı enerji transformasiyası üçün süni intellektdən istifadə edir”

XƏBƏRƏ BAXIN

4SİM BMT-nin "UN Global Compact" təşəbbüsünə qoşulub

XƏBƏRƏ BAXIN

© 2025. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb