Tələbələr üçün ArcGIS layihəsi çərçivəsində təlimlərə başlanılıb

18 fevral 2025

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Coğrafi İnformasiya Sistemləri (CİS) sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan “Esri” ilə birgə həyata keçirilən "Tələbələr üçün #ArcGIS" proqramı çərçivəsində “Azərkosmos”un #CİS ekspertləri tərəfindən real iş proseslərinə dair praktiki bacarıqlarla bağlı xüsusi təlim sessiyalarına start verilib.

 

Azərbaycan Texniki Universitetində keçirilən təlimlərdə İqtisad Universiteti və Bakı Ali Neft Məktəbinin tələbələri də iştirak edir.

✅ 18 fevral – "Məkan məlumatları ilə işləmək"

• Geoməlumat bazaları

• Məlumat bazaları

✅ 25 fevral – "GİS-ə giriş və ArcGIS Pro tətbiqi"

• Coğrafi İnformasiya Sistemlərinin əsasları

• ArcGIS Pro platforması və imkanları

✅ 28 fevral – "Qabaqcıl GİS texnologiyalarının tətbiqi"

• Geoprocessing

• Rəqəmsallaşdırma

• Məkan təhlili və Raster GİS

 

Qeyd edək ki, 4SİM tərəfindən rəqəmsal iqtisadiyyatın inkişafına yönəlik fəaliyyətlər çərçivəsində 4-cü sənaye inqilabı texnologiyalarının ölkədə tətbiqi və bu istiqamətdə insan kapitalının inkişafı üçün davamlı layihələr həyata keçirilir. Bu məqsədlə Google, Binance, Coursera, EsriApple kimi qlobal texnologiya şirkətləri və beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edilir.

DİGƏR XƏBƏRLƏR

DİF-in Strategic Intelligence platformasına Məzmun Tərəfdaşı kimi qoşulun!

XƏBƏRƏ BAXIN

4SİM sənaye və istehsalat üçün Süni İntellekt üzrə Qlobal Alyansın üzvü olub

XƏBƏRƏ BAXIN

© 2025. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb