Dünya İqtisadi Forumu “4Sİ Akademiyası” barədə video yayımlayıb

17 mart 2025

Dünya İqtisadi Forumu İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun (TİF) birgə layihəsi olan “4Sİ Akademiyası” ilə bağlı video yayımlayıb. Videoda layihənin ölkədə rəqabətqabiliyyətli işçi qüvvəsinin formalaşdırılması və inkişafına xidmət etdiyi bildirilib. Vətəndaşların "Coursera" onlayn təhsil platformasında süni intellekt, data elmi, rəqəmsal transformasiya, əşyaların interneti və digər istiqamətlərdə ödənişsiz təlimlərdən yararlanması 4-cü sənaye inqilabı texnologiyalarına uyğun bilik və bacarıqlara sahib olmalarına şərait yaratdığı qeyd edilib.

 

Daha ətraflı: https://www.youtube.com/watch?v=I9q2rKvtCHw&list=PL7m903CwFUgkbvnsiYs7id3tMJYHhx_5H&index=11
 

DİGƏR XƏBƏRLƏR

4SİM yerli startapçıları Çində keçiriləcək “Yeni Çempionlar 2025” tədbirinə dəvət edir

XƏBƏRƏ BAXIN

Bakıda 4SİM və “Binance Academy” tərəfindən kriptovalyuta və blokçeyn təlimləri keçiriləcək

XƏBƏRƏ BAXIN

© 2025. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb