4SİM-in icraçı direktoru “Publik data portalı"nın təqdimat mərasimində iştirak edib

04 aprel 2025

4SİM-in icraçı direktoru Fariz Cəfərov 4 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Publik data portalı"nın (https://opendata.vxsida.gov.az/) təqdimatı və “Dövlət idarəetməsində data əsaslı qərar qəbuletmə” mövzusunda panel müzakirələrində iştirak edib.

 

Müxtəlif dövlət qurumlarının və texnoloji şirkətlərin, ali təhsil müəssisələrinin müvafiq sahə üzrə fəaliyyət göstərən nümayəndələrinin iştirak etdiyi tədbirdə Fariz Cəfərov “Data əsaslı qərarvermə: mif, yoxsa reallıq?” mövzusunda təşkil olunmuş panel sessiyasına spiker kimi qatılıb. O öz təqdimatında 4SİM-in data idarəetməsi və süni intellekt ilə bağlı fəaliyyəti, həmçinin qlobal trendlər barəsində məlumat verib.

DİGƏR XƏBƏRLƏR

4SİM və “Coursera” yerli tərəfdaşlar üçün “Course Builder” aləti ilə bağlı vebinar keçirib

XƏBƏRƏ BAXIN

Slovakiya ilə iqtisadi-ticarət əməkdaşlığı müzakirə edilib

XƏBƏRƏ BAXIN

© 2026. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb