Ümumdünya Əşyaların İnterneti Konvensiyası ilə əməkdaşlıq məsələləri müzakirə olunub

07 may 2025

Azərbaycan və Çin arasında əşyaların interneti və rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.

 

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Ümumdünya Əşyaların İnterneti Konvensiyasının (WIOTC) təsisçisi və sədri Xuming He ilə videokonfrans formatında görüşüb.

 

Görüşdə cari ilin aprel ayında Pekində iki qurum arasında imzalanmış Anlaşma Memorandumunda qeyd edilən məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

 

Tərəflər birgə fəaliyyətin təşkili, Azərbaycandakı maraqlı tərəflərin WIOTC üzvlüyünə dəvət olunması, əşyaların interneti sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi və rəqəmsal iqtisadiyyatın inkişafı çərçivəsində digər əməkdaşlıq imkanlarını müzakirə ediblər.

DİGƏR XƏBƏRLƏR

“Milli Proqram” Qlobal Texnologiya Forumunda təqdim olunub

XƏBƏRƏ BAXIN

4SİM San-Fransiskoda keçirilən GTR2025 – Qlobal Texnologiya Forumunda təmsil olunub

XƏBƏRƏ BAXIN

© 2025. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb