İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) İstanbulda keçirilən “TRT World Forum NEXT 2025” tədbirində təmsil olunub. 4SİM-in Layihələrin idarəolunması şöbəsinin rəhbəri Gülminə Məlikzadə "NEXT Biznes: Sənaye 5.0 transformasiyası, çağırışlar, liderlik bacarıqları və strateji yanaşmalar" mövzusunda panel sessiyada çıxış edib.
“TRT NEXT World Forum 2025” Türkiyə Radio və Televiziya Qurumu (TRT) tərəfindən təşkil olunan platformadır. Gənc jurnalistlər, elmi müəssisələr, vətəndaş cəmiyyəti nümayəndələri və startapçıların iştirak etdiyi beynəlxalq forum qlobal problemləri müzakirəsi və birgə həll yollarının tapılması məqsədilə keçirilir. Tədbirə 30 müxtəlif ölkədən spikerlər və 1000-dən çox iştirakçı qatılıb.