4SİM və “Mastercard” arasında əməkdaşlıq imkanları müzakirə edilib

01 avqust 2025

4SİM-in icraçı direktoru Fariz Cəfərov və “Mastercard” şirkətinin Şərqi Avropa üzrə vitse-prezidenti Engin Yaşar arasında videokonfrans formatında görüş keçirilib.

 

Görüşdə 4SİM-in fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verilib, tərəflər arasında əməkdaşlıq potensialına dair fikir mübadiləsi aparılıb.

 

Müzakirələrdə “Sənaye 4.0 Hazırlıq Proqramı” çərçivəsində əməkdaşlıq, “Sənaye 4.0 Mərkəzi”ndə “Mastercard” şirkətinin dəstəyi ilə xüsusi bölmənin yaradılması və birgə maarifləndirici tədbirlərin təşkili kimi məsələlər diqqət mərkəzində olub.

 

Tərəflər gələcək əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasını müzakirə edib və müvafiq işçi qrupların yaradılması barədə razılığa gəliblər.

DİGƏR XƏBƏRLƏR

Elan: DİF-in “Qlobal Mayak” Şəbəkəsinə müraciətlər davam edir

XƏBƏRƏ BAXIN

İqtisadiyyat Nazirliyində “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” üzrə yol xəritələrinin icrası və növbəti mərhələlər müzakirə olunub

XƏBƏRƏ BAXIN

© 2026. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb