4SİM rəqəmsal iqtisadiyyat sahəsində həyata keçirilən layihələrdə iştirak etmək istəyənlər üçün 3 aylıq qış təcrübə proqramı elan edir.
Aşağıda qeyd olunan istiqamətlərdə bilik və bacarıqlara malik tələbələr və yeni məzun olmuş gənclər proqramda iştirak üçün müraciət edə bilərlər.
- Mobil tətbiq tərtibatı – SwiftUI, Kotlin, C#, .NET, PostgreSQL
- UX/UI dizayn – Figma
- İT layihə koordinatorluğu
- Frontend tərtibatı – HTML, CSS, JavaScript, TypeScript, React, Git
- Backend tərtibatı – Java, Spring Boot, PostgreSQL, Docker, Redis, Postman, Git, mikroservislər
- Data analitikası – Python, Tableau
- Data mühəndisliyi – Tableau, data təmizlənməsi, maşın öyrənməsi
- Süni intellekt – Python, API inteqrasiyaları (REST, WebSocket anlayışı), Speech-to-Text, Text-to-Speech, dataset və etiketləmə intizamı
- Robototexnika – Python, Linux, Git, koordinatlar, sensor/aktuator məntiqi, PID konsepti, ROS (Node, Topic, Service/Action anlayışları)
- SMM – Photoshop, Canva
- Layihələrin hesabatlılığı
- Kontent yaradıcılığı və rəqəmsal marketinq
- Ümumi bacarıqlar: problem həll etmə, tədqiqat, analitik düşüncə, çeviklik və Microsoft Office bacarıqları
Qeyd:
Təcrübə proqramını uğurla bitirən namizədlərə sertifikat veriləcək. Təcrübə hibrid formada həyata keçiriləcəkdir.
Yalnız seçilmiş namizədlərə 4SİM tərəfindən bildiriş göndəriləcəkdir.
Müraciət üçün: https://forms.gle/JiKiYPY8RN2F5mQf8
Son müraciət tarixi: 23 yanvar 2026-cı il.
