“4Sİ Akademiyası” çərçivəsində həyata keçirilən “Milli Proqram”ın birinci ili uğurla başa çatmaq üzrədir. Bir il ərzində proqram ölkəmizdə sənaye 4.0 texnologiyaları sahəsində bilik və bacarıqların inkişafına və rəqabətli insan kapitalının formalaşmasına mühüm töhfə verib.
📢 Tərəfdaşlıqla bağlı yerli şirkətlərə müraciət
4SİM sizi “Milli Proqram”ın davamlılığına dəstək olmağa və layihənin tərəfdaşları arasında yer almağa dəvət edir.
Bu təşəbbüsə qoşulmaqla siz potensial ixtisaslı kadr bazasına birbaşa çıxış imkanı əldə edir, korporativ sosial məsuliyyət strategiyanız çərçivəsində Azərbaycanın iqtisadi inkişafına real və dayanıqlı investisiya yatırır və rəqabətli insan kapitalının formalaşmasında mühüm rol oynayırsınız.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinini tabeliyində Təhsilin İnkişafı Fondu və “Coursera” şirkətinin əməkdaşlığı, SOCAR, “PASHA Holding”, bp, JOCAP və “Azerconnect Group” şirkətlərinin tərəfdaşlığı ilə icra olunur.
Birlikdə Azərbaycanın texnoloji transformasiyasını sürətləndirək.
Müraciət üçün: office@4sim.gov.az
