4SİM və “Binance” kripto, blokçeyn və veb3 sahəsində təlim keçirib

24 fevral 2026

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və “Binance” şirkətinin birgə təşkilatçılığı ilə “Baku Learning Lab” təlimi uğurla həyata keçirilib. Tədbirdə 100-dən çox iştirakçı yer alıb.

 

“Baku Learning Lab” çərçivəsində iştirakçılar blokçeyn, veb3, treydinq alətləri və kripto bazarının əsas mexanizmləri barədə praktiki biliklər əldə ediblər. Canlı təlim sessiyaları zamanı real nümunələr əsasında təqdimatlar keçirilib və iştirakçıların sualları cavablandırılıb.

 

Qeyd edək ki, “Baku Learning Lab” kripto sahəsində biliklərin artırılması, peşəkar şəbəkələşmə və innovativ maliyyə alətlərinə çıxış imkanlarının genişləndirilməsi baxımından maarifləndirici platformadır. Bu layihə 2024-cü ildə 4SİM və “Binance” şirkəti arasında imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumu və “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” çərçivəsində həyata keçirilir.

DİGƏR XƏBƏRLƏR

“Milli Proqram”ın icrası çərçivəsində 98 mindən çox beynəlxalq təlim uğurla başa çatıb

XƏBƏRƏ BAXIN

“Elm və sənaye klasteri 4.0” formalaşdırılması üzrə əməkdaşlıq davam edir

XƏBƏRƏ BAXIN

© 2026. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb