“4Sİ Akademiyası - Milli Proqram”ın ilk ayı uğurla başa çatdı!

24 iyul 2026

İlk ay ərzində iştirakçılar “Coursera” platformasında 24 625 təlimə müraciət edib, 10 094 təlimi uğurla tamamlayıblar.

 

Ən çox maraq göstərilən istiqamət süni intellekt və maşın öyrənməsi sahəsi olub. Bununla yanaşı, liderlik və idarəetmə, data analitikası, biznes, kommunikasiya bacarıqları və proqramlaşdırma üzrə təlimlər də iştirakçılar tərəfindən geniş maraqla qarşılanıb.

 

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ABŞ-nin “Coursera” şirkəti ilə birgə həyata keçirilən proqram dövlət və özəl sektorun tərəfdaşlığı əsasında icra olunur. “Pasha Holding”, SOCAR, “Total Energies”, XRG, JOCAP, “Norm Sement”, “Smart Solutions Group” və “B2B Group” şirkətləri korporativ sosial məsuliyyət çərçivəsində proqramın tərəfdaşları qismində çıxış edirlər.

 

Proqrama qoşulmaq üçün vətəndaşlar https://form.4sim.gov.az/ linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

 

DİGƏR XƏBƏRLƏR

4SİM və “Azərsun Holdinq” arasında sənaye 4.0 texnologiyalarının tətbiqi ilə bağlı əməkdaşlıq müzakirə olunub

XƏBƏRƏ BAXIN

DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb

XƏBƏRƏ BAXIN

© 2026. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb