Texnoloji transformasiyanın istehsal müəssisələrinə təsiri

08 sentyabr 2026

Texnoloji transformasiya artıq sadəcə proseslərin rəqəmsallaşdırılması deyil - məhsuldarlığın, çevikliyin, keyfiyyətin və enerji səmərəliliyinin yüksəldilməsi üçün real biznes alətidir.

 

Dünya İqtisadi Forumunun “Qlobal Mayak” Şəbəkəsi (Global Lighthouse Network) üzrə 2025-ci il nəticələrinə əsasən, qabaqcıl istehsal müəssisələrində süni intellekt, maşın öyrənməsi, qabaqcıl analitika, əşyaların interneti (IoT) və digər 4-cü sənaye inqilabı texnologiyalarının tətbiqi orta hesabla əmək məhsuldarlığının 40% artmasına, istehsal və çatdırılma müddətinin 48% azalmasına səbəb olub. Texnoloji həllər eyni zamanda məhsul qüsurlarını 41%, enerji sərfiyyatını isə 28% azaldıb.

 

Azərbaycan üçün bu transformasiyanın real nəticələrini göstərən nümunələr də mövcuddur. 2026-cı ildə SOCAR Karbamid zavodu Dünya İqtisadi Forumunun “Qlobal Mayak” Şəbəkəsinə qəbul olunub. Müəssisədə 42 rəqəmsal həllin tətbiqi nəticəsində istehsal gücü 21%, təbii qazdan istifadə səmərəliliyi isə 24% yüksəlib.

 

DİGƏR XƏBƏRLƏR

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

XƏBƏRƏ BAXIN

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

XƏBƏRƏ BAXIN

© 2026. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb