Kurs Yaradıcı
Növbəti bir üstünlük – “Course Builder” (Kurs Yaradıcı) playformasıdır. Bu platforma vasitəsilə universitetlər, təhsil institutları və şirkətləri, fərdi mentorlara öz tədris məzmunlarını müstəqil şəkildə yaratmaq, inkişaf etdirmək və minlərlə istifadəçiyə çatdırmaq imkanı təqdim olunur.
“Course Builder” istifadəçilərə aşağıdakı imkanları təqdim edir:
- Kurs strukturu qurmaq: Mövzular, modullar, dərslər və testlər üzrə məzmun hazırlamaq, sıfırdan yeni kurs yaratmaq
- Videolar və interaktiv kontent hazırlamaq: Tədris videoları, yarışmalar, tapşırıqlar və praktiki layihələrlə interaktiv kurslar yaratmaq
- Tədris materiallarını idarə etmək: Sənədlər, təqdimatlar, linklər və əlavə resursları rahatlıqla bir mərkəzdən yükləmək və idarə etmək
- Qiymətləndirmə prosesi: Avtomatik və ya insan tərəfindən qiymətləndirmə funksiyaları ilə istifadəçilərin kursdakı inkişaf prosesini izləmək və onlara geridönüşlər etmək
- Sertifikatlaşdırma: Kursu uğurla tamamlayan iştirakçılara Coursera tərəfindən beynəlxalq səviyyədə tanınan rəsmi sertifikatlar təqdim olunur.