İşəgötürmə Həlləri


İşəgötürmə Həlləri

Milli Proqramın yaratdığı daha bir imkan Hiring Solutions (İşəgötürmə Həlləri) platformasıdır. Bu platforma Azərbaycandakı işəgötürənlər ilə “Coursera”da kurs keçən şəxslər arasında daha səmərəli əlaqə qurulmasına imkan yaradan innovativ bir vasitədir. “Hiring Solutions” əmək bazarında tələb olunan bilik və bacarıqlara əsaslanan məşğulluq modelinin qurulmasını dəstəkləyən vacib addımlardan biridir. Platformanın məqsədi təhsil ilə real iş imkanları arasında körpü yaratmaqdır.

 

Platforma necə işləyir?

 

“Hiring Solutions” platforması vasitəsilə:

 

  • Korporativ tərəfdaşlar və yerli müəssisələr, “Coursera” üzərindən kursları uğurla tamamlamış istifadəçiləri profilləri əsasında görə və bilavasitə əlaqə yarada bilərlər.

 

  • Platforma istifadəçilərin bacarıqlarını, əldə etdikləri sertifikatları və uğurlarını sistemli şəkildə əks etdirir.

 

  • İşəgötürənlər, xüsusi filtrlər vasitəsilə axtardıqları texniki və yumşaq bacarıqlara sahib namizədləri asanlıqla tapa bilirlər.

 

  • Namizədlər isə, potensial iş imkanlarını öncədən görə və uyğun şirkətlərlə əlaqə qurmaq üçün təşəbbüs göstərə bilirlər.

 

Beləliklə, “Hiring Solutions” platforması əmək bazarına yeni tendensiya gətirməklə, real bacarıqlar ilə işə qəbul prosesinə dəstək olur. Bununla yanaşı, şirkətlərin öz təlim və inkişaf strategiyalarını bu platforma vasitəsilə təkmilləşdirməsinə və potensial əməkdaşlarını hazır şəkildə tapmağa imkan yaradır.

© 2025. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb